Suriya Ordusu mühasirəyə düşən bölgədə daha iki qəsəbəni və iki kəndi azad edib.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, Suriya Ordusu Kəfər-Zita və əl-Latamina qəsəbələrini və onların ətrafında yerləşən iki kəndi azad edib.
Mühasirədəki qruplaşmaların Türkiyə post patrul mövqeyinin yerləşdiyi Murek qəsəbəsinə sığındığı bildirilib.
Suriya Ordusu mənbələrinin məlumatına görə ordunun Həma əyalətinin şimalında irəliləməsi davam edir və Murek qəsəbəinin düşdüyü mühasirə getdikcə daralır.