İŞİD terror təşkilatının lideri Əbu-Bəkr əl-Bağdadı yaralı olduğundan Abdullah Qardaş ləqəbli türkmən əsilli bir şəxsi öz canişini vəzifəsinə təyin edib və təşkilatın idarəçiliyini ona həvalə edib.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti iddia irəli sürüb.
Mənbə İŞİD lideri əl-Bağdadının yaralandığı və təşkilatı idarə etməyə çətinlik çəkdiyini bildirib.
Mənbənin məlumatına görə, əl-Bağdadı "Abdullah Qardaş" ləqəbli sabiq Səddam Hüseyn ordusunun zabitinı terror təşkilatına rəhbər olaraq təyin edib.
Əlavə edilib ki, Qardaş vaxtilə Amerikanın Bəsrədəki Buka həbsxanasında əl-Bağdadi ilə bir yerdə həbs həyatı yaşayıb.
Vaxtilə əl-Bağdadi ilə birgə Əfqanıstanda əl-Qaidə sıralarında da bir yerdə olan Qardaş Mosulun "İmam Əzəm" institutunu bitirib və Mosulun İŞİD-in əlinə keçməsində əvəzsiz rola malik olub.
İraqlı hərbi ekspert Fazil Əbu-Rağif bir ay öncə öz rəsmi twitter səhifəsində Qardaşın İŞİD-in ən sərt komandirlərindən biri olduğunu yazıb.