ABŞ Türkiyəyə “Patriot” raket əleyhinə komplekslərinin satışı haqda təklifini geri götürüb.
Məlumatı CNN televiziyası ABŞ Dövlət Departamentindəki mənbəsinə istinadən yayıb.
“Biz davamlı şəkildə Türkiyəyə deyirdik ki, əgər S-400-ləri alsanız, “Patriot”u satmaq barədə son təklifimizi geri çəkəcəyik. Bizim “Patriot”la bağlı təklifimizin müddəti artıq bitib”, - o bildirib.
İslam.az virtualaz.org-a istinadla xatırladır ki, iyulun 16-da Ankara F-35 qırıcı proqramından çıxarılıb. Amerika lideri Donald Trump elə o vaxt bəyan etmişdi ki, ölkəsi, Rusiya S-400-lərini almağa razılıq verdiyi üçün, Türkiyəyə təyyarə satmayacaq.