Türkiyə Respublikasının Baş Naziri Rəcəb Tayyip Ərdoğanın anası Tənzilə Ərdoğanın vəfatı münasibəti ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Azərbaycan Respublikası Milli Məclisinin üzvləri və Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov İstanbulda Fatih məscidində təşkil edilən cənazə mərasimində iştirak ediblər.
Azərbaycanın Ankaradakı səfirliyindən SalamNews-a verilən məlumata görə, Azərbaycandan gələn nümayəndə heyəti Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Türkiyə Respublikasının baş naziri Rəcəb Tayyip Ərdoğana başsağlığını çatdırıb.