Bu gün Bakı şəhəri Səbail Rayon məhkəməsində ilahiyyatçı Abgül Süleymanovun məhkəməsi keçirilib.
Bu barədə SalamNews-a vəkil Anar Qasımlı bildirib.
Onun sözlərinə görə, məhkəmə qapalı keçirilib və məhkəmə Hacı Abgülün Süleymanovun istintaq müddətini 3 ay uzadıb.
Xatırladaq ki, A.Süleymanov Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə bu il avqustun 11 də şübhəli şəxs qismində saxlanılıb.