POPULYARXƏBƏRLƏR

Alim: Nəsiminin şeirlərindəki kamil insan obrazı Həzrət Əlidir (ə)

İslam.az nəsimişünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi işçisi Vüsal Hətəmovun Oxu.Az-a müsahibəsini qısa ixtisarla təqdim edir:

- Nəsiminin kamil insan fəlsəfəsi dinə qarşı idimi?

- Nəsimi kamil insan obrazında öz seçəcəyi şəxsi şeirlərində dəfələrlə bildirib. Nəsimi şeirlərində "şəha" deyir. Bəzən bu sözün Fəzlullah Nəimiyə işarə edildiyi fikrini səsləndirirlər.

Halbuki Nəsimi şeirlərində əksər yerdə "şəha" deyərkən Həzrət Əlini nəzərdə tutur. "Şəha" şahım deməkdir, müraciət formasıdır. Nəsiminin şeirlərindəki kamil insan obrazı Həzrət Əlidir.

- Haradan bu qənaətə gəlirsiniz ki, Həzrət Əlini (ə) nəzərdə tutub?

- Nəsimi şeirlərində özünü "Əhli-beyt" aşiqi kimi göstərir. "Eşq əlindən yandı canım, ya Əli, səndən mədəd" adlı bir şeiri var. Nəsiminin şeirlərində "Fəzli İlah" ifadəsi keçir, təqdiqatçılar isə deyir ki, burada Fəzlullah Nəimi nəzərdə tutulur. Düşünürəm ki, o ifadə "Allahın fəzli" mənasını verir.

Bəzən sovet tədqiqatçıları Nəsimini elə göstərirlər ki, guya o, Nəimini kamil insan bilib və onu imam Mehdi hesab edib. Halbuki Nəsimi bütün dinlərdə, təriqət və məzhəblərdə mövcud olan "Mehdi" konsepsiyasını çox gözəl dərk edib. Dəqiq başa düşürdü ki, Mehdi heç zaman edam edilə və asıla bilməz.

Fəzlullah Nəimini edam edib bir neçə yerə parçalayırlarsa, təbii ki, Nəsimi heç vaxt Nəimini Mehdi kimi tanıya bilməzdi.

Ərəb dilində "mehdi" sözü həm leksik, həm də terminoloji, yəni həm hidayətedici, həm də dinlərdə nəzərdə tutulan xilaskar mənasında işlədilir. Nəsimi Nəimini hidayətedici kimi təbliğ edirdi. Çünki Nəimi o dövrün insanlarını haqq yoluna çəkirdi.

Həzrət Əliyə gəlincə, Nəsiminin bir neçə şeirində Həzrət Əli ilə bağlı məqamlar var. Məsələn, "Qibləgahımdır Məhəmməd, səcdəgahımdır Əli" və ya "Çu şahi-cümleyi-mərdan Əlidir, İnsü həmdəmi-rəhman Əlidir" qafiyəli şeirləri də var.

Bundan başqa, bir şeirində "Əlidən gözəl cavan, Əlinin qılıncından iti qılınc görmədim" deyir. Bu, bir hədisdir. Nəsimi hədisi şeirə çevirib. Hətta Nəsimi bir neçə şeirində hürufilik fəlsəfəsini Həzrət Əliyə bağlayır.

- Yəni Nəsimidəki hürufilik ideyaları imam Əlidən qaynaqlanır?

- Öncə onu deyim ki, Nəsimidə sufilik elementləri azdır. Daha çox hürufilik elementləri var. Məhəmməd Peyğəmbərdən Nəsimiyə qədər olan dövrdə kamil insanlar barədə deyilən bəzi terminlər aradan götürüldü: "mömin", "müqərrəb", "müslim" kəlməsi kimi. Bunların yerinə irfani terminlər ortaya çıxdı. Bunlardan da biri sufi idi, mənası isə qoyun dərisi geyinmiş və ya saflıq deməkdir. Nəsimi isə sufiləri kəskin tənqid edirdi.

Eyni zamanda, Nəsimi kimilərinin də sufi adlanması təbii idi. Çünki sufi anlayışını İslam dünyasında yeni termin kimi işlədirdilər. Halbuki sufilik Nəsimindən 500-600 il əvvəl yaranmışdı. Amma Nəsiminin dövründə şəxslərə sufi deyilməsi də artıq bariz idi.

Bilirik ki, sufilikdə üç məqam var: zahidlik, abidlik və ariflik. Zahidlik çəkinmə, abidlik ibadət deməkdir. Yəni mən ibadət edirəm ki, Allah məni cəhənnəmə salmasın və ya cənnəti qazanım. Arif isə mərifət əhli, bilən deməkdir. Yəni mən arif olmaq istəyirəm ki, Allahı tanıyım.

Məqsəd Allahı tanımaq idi. Nəsimi sufiləri ona görə tənqid edirdi ki, onlar abidlik məqamında dolaşıb qalıblar, ən yüksək məqama çata bilməyiblər.

İmam Əlinin belə bir hədisi var: "Quran" kitabı "Fatihə" surəsi ilə başlayır. "Fatihə"nin ilk kəlməsi bismillahdır. Bismillahın isə ilk hərfi b hərfidir".

Nəsimi isə yazırdı: "Nöqteyi-ba gəlmiş şəninə". Yəni o deməkdir ki, Əli ərəbcə b hərfinin nöqtəsidir. Biz bilirik ki, hürufilikdə əsas rəmzlər hərflərdir. Nəsimi bu hərflərlə həzrət Əliyə də işarə edir. Maraqlıdır ki, həmin dövrdə əhli-beyt mövzusunu qabartmaq çətin idi.

- Dediklərinizdən bu nəticəni çıxarmaq olarmı ki, Nəsimi Nəimidən çox, imam Əlidən öyrənib?

- Nəsiminin yaradıcılığını üç dövrə bölmək olar. Nəimiyə qədər, Nəimi dövrü və Nəimidən sonrakı dövr. Nəsimi bir sıra şeirlərində Nəimiyə çox böyük ehtiram bəslədiyini göstərir. Nəsiminin bir şeiri var, mənə həmişə maraqlı gəlirdi ki, o misralar nə məna verir.

"İbtidadır, ibtidadır, ibtida,

İbtidadan hasil oldu intəha".

İbtida başlamaq, intəha isə son deməkdir. Yəni deyir:

"Başlanğıcdır, başlanğıcdır, başlanğıc,

Başlanğıcdan hasil oldu sonluq".

Bu beytləri bəzi tədqiqatçılar Nəsimiyə aid etmir. Amma mən Nəsiminin əlyazmalarının olduğu kimi köçürüldüyü mətnlərdə görmüşəm ki, bu beyt Nəsimiyə məxsusdur.

2004-cü ildə çap olumuş Həmid Araslının kitabında da bu şeirin Nəsimiyə məxsus olması yazılıb. İranda Darülfünun mərkəzində, yəni orada olan əlyazmasında da bu şeir Nəsimiyə aid edilib.

Nəsimi bu şeirində sufiləri, zahidləri tənqid edirdi. Deyirdi ki, onlar özlərini arıya oxşatsalar da, milçəkdirlər. Eyni zamanda, yazırdı ki, sufilər özlərini bar verən ağaca bənzətsələr də, onlar meyvəsiz ağac kimidirlər.

Mən Fəzlullah Nəiminin "Cavidannamə" əsəri ilə bağlı araşdırma aparırdım. "Cavidannamə"də altı dəfə ibtida kəlməsi ilə başlayır. Bölüm isə imam Əli ilə bağlı məqamlarla bitir.

Nəsimi "İbtidadır" şeiri ilə "Cavidannamə"yə işarə edir. Hürufilik barədə yaxşı məlumat almaq üçün mütləq Nəsiminin "İbtidadır" şeirini diqqətlə oxumaq lazımdır.

"Cavidannamə" də başdan-ayağa "Quran" və hədislərin təfsirindən ibarətdir. Halbuki Nəimiyə də allahsız deyirdilər.

Bu cəhətdən bildirirəm ki, Nəsimi Nəimiyə işarə etməklə yenə də imam Əliyə qayıdır.

Ümumiyyətlə, Nəsimi və Nəimini birləşdirən məqam əhli-beyt idi. Maraqlıdır ki, sovet tədqiqatlarında bu şeirlər verilmirdi. Həm də kamil insan mövzusunda Nəsiminin üz tutduğu şəxsiyyətin kim olması məsələsində boşluq qoyublar...

- Nəsimi ibadət edibmi?

- Nəsimi şeirində cümə namazı qıldığını göstərir.

"Camedə cüməyi uş hər gün qılan mənəm bil,

Quran imamım oldu, daim yönüm həqadır".

Nəsimi şeirlərində yazır ki, kim ki namaz davamçısı deyil, düzgün yolda deyil. Nəsimi qeyd edir ki, "Fatihə" deyilməsə, qılınan səlat batildir.



Yerləşdirilib:20 Avqust, 2019  12:28, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com