İsrail hökuməti ABŞ Konqresinin aşağı palatasının iki müsəlman üzvü xanımlar İlhan Ömər və Raşida Tlaibin İordan çayının qərb sahili bölgələrinə daxil olmasına qadağa qoyub.
Bu barədə İslam.az SalamNews-a istinadla xəbər verir.
Bildirilib ki, İsrail məhkəməsi ABŞ Nümayəndələr Palatasının iki müsəlman üzvü xanımlar İlhan Ömər və Raşida Tlaibin İordan çayının qərb sahilinə daxil olmasına qadağa qoyub.
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının iki müsəlman üzvü xanımlar İlhan Ömər və Raşida Tlaib İsrailin işğalında qalan İordan çayının qərb sahilinə gedərək, Fələstin Muxtariyyətinin lideri Mahmud Abbasla görüşmək və onunla birgə yürüşə qatılmaq niyyətində olıduğunu bildirmişdilər.
Son aylarda ABŞ prezidenti Donald Tramp da irqçi addımlarına görə adıçəkilən iki müsəlman xanım tərəfindən tənqid edilirdi. Tramp çıxışlarının birində ABŞ Nümayəndələr palatasının üzvü olan bu iki xanımı Amerikanı tərk edərək, öz ölkələrinə getməsini istəmişdi.