POPULYARXƏBƏRLƏR

Sarkozinin bəyanatı Azərbaycanda etirazla qarşılandı

Politoloq: "Fransada durub Allahı da inkar etmək olar, amma qondarma soyqırımı inkar edənlərə cəza tətbiq olunacaq?"

Sarkozinin bəyanatı Azərbaycanda etirazla qarşılandı
Fransa prezidenti Nikolya Sarkozinin Ermənistanda “Türkiyənin tarixi ilə təkrar üzləşməsi lazımdır” kimi açıqlaması etirazlarla qarşılanıb. 1915-ci il hadisələrini soyqırım kimi tanımaqdan imtina edən Türkiyə ilə bağlı sərt danışıq Azərbaycanda kəskin reaksiya doğurub.

Millət vəkili, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun keçmiş sədri Gülər Əhmədova bir əsr bundan öncə baş vermiş bir hadisənin tarixçilər tərəfindən araşdırılmazdan əvvəl ona siyasi qiymət verilməsinə demokratiyaya zidd atdım adlandırıb. “Azad sözün, demokratiyanın vətəni sayılan Fransada hər hansı bir şəxsin öz fikrini bildirməsi, söz azadlığı kimi ideyaların hakim olduğu məmləkətdə “erməni soyqırımını tanımıram” demək günah sayılırsa, buna cəza verilirsə, bu demokratik prinsiplərə zidd bir məqamdır”, - deyə G. Əhmədova bildirib.

Millət vəkili, politoloq Rasim Musabəyov isə hesab edir ki, Sarkozinin bu tip bəyanatları ilk növbədə hüquqa ziddir. Onun sözlərinə görə, Fransada kifayət qədər türkün yaşadığını nəzərə alsaq, belə bəyanat cavabsız qalmayacaq: “Mənə elə gəlir ki, bu bəyanat tamamilə yersizdir. Senatda çoxluq heç də hakim partiyada deyil, sosialistlərə keçib. Bunu onlar etsələr, heç də Sarkozidən gəlib soruşan deyillər. Bu, birinci məqamdır. İkincisi isə odur ki, bu açıq şəkildə hüquqa və insan haqlarına ziddir. Həmin bu Fransada durub Allahı da inkar etmək olar, amma qondarma soyqırımı inkar edənlərə cəza tətbiq olunacaq?”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə deyir ki, Fransa həmişə öz ermənipərəst mövqeyi ilə tanınıb. Sarkozinin son bəyanatı isə ATƏT-in Minsk qrupunun həmsədri kimi qeyri-obyektivliyini ortaya qoyur.

A. Nağı bildirib ki, Sarkozi birdən-birə dövlət başçısına yaraşmayan açığlama verir və Türkiyəyə vaxt qoyur: “Bu hətta dövlətlərarası etikaya sığmayan hərəkətdir. Kimsə kiməsə vaxt qoyur, yəni bu ilin sonuna gədər böyük dövlətlər kimi Türkiyə də erməni “soyqırımını” tanımalıdır”.

Qeyd edək ki, Ermənistanda səfərdə olan Nikolya Sarkozi Türkiyə ilin sonuna qədər erməni “soyqırımı”nı qəbul etməsə, rəsmi Paris “başqa tədbirlər görəcək” deyərək, Fransada 1915-ci il hadisələrini tanımayanların cinayət məsuliyyətinə cəlbini nəzərdə tutan qanunun qəbulunu istisna etməyib. ans.com



Yerləşdirilib:8 Oktyabr, 2011  11:35, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com