Əfqanıstanda partlayış nəticəsində 3 uşaq həlak olub.
İslam.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Əfqanıstanın Qəndahar əyalətinin Spin Boldak rayonunda törədilən partlayış nəticəsində 23 nəfər yaralanıb. Yaralananların 6-sı uşaqdır.
Partlayışla bağlı heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.