Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Türkiyə Respublikasının baş naziri Rəcəb Tayyib Ərdoğana anasının vəfatı ilə bağlı şəxsən başsağlığı vermək, həmçinin Tənzilə Ərdoğanın dəfn mərasimində iştirak etmək üçün Türkiyəyə yola düşür
Bu barədə ANS PRESS-ə açıqlamasında QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.
Qeyd edək ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın anası Tənzilə Ərdoğan dünən 83 yaşında vəfat edib. Tənzilə Ərdoğan uzun müddət idi ki, xəstəlikdən müalicə edilirdi. O, bir müddət öncə öd kisəsindən əməliyyat edilmişdi.
Mərhum bu gün İstanbul şəhərində torpağa tapşırılacaq.
/Anspress.com/