Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Fələstinin HƏMAS hökumətindən Qəzzaya rəsmi səfər dəvəti alıb, - “Lenta” xəbər verir.
“Türkiyə böyük ölkədir və mən əminəm ki, baş nazir bu ölkəyə gəlmək imkanı əldə edəcək. Biz onunla yalnızca görüşmək deyil, eyni zamanda bir sıra siyasi və humanitar məsələləri müzakirə etmək istərdik”, - deyə Fələstin baş nazirinin müavini Muhəmməd Avas bildirib.
HƏMAS vitse-baş naziri eyni zamanda vuğulayıb ki, KİV-lər iki dəfə Ərdoğanın Qəzzaya səfərə hazırlaşması barədə yazsa da, bu məlumat rəsmi olmayıb.
“Ərdoğan dəfələrlə Qəzzanın blokadasının aradan qaldırılmasının zəruriliyindən danışıb. Biz onunla bu məsələni müzakirə etmək və öz nöqteyi nəzərimizi ona çatdırmaq niyyətindəyik”, - deyə HƏMAS rəsmisi vurğulayıb.