Cümə günü Qəzza zolağında İsrail ordusu ilə toqquşmalar zamanı aldığı odlu silah yarasından bir fələstinli dünyasını dəyişib.
Islam.az “Report”a istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyinə istinadən VAFA agentliyi məlumat yayıb.
Toqquşmalar zamanı üçü qadın və 22-si uşaq olmaqla 56 nəfərin yaralandığı bildirilmişdi.
Dünyasını dəyişən 23 yaşlı kişi anklavın şərqində yürüş zamanı güllə yarası almışdı.