Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaş Yəməndəki hərbi mövcudluqlarını davam etdirəcəklərini bildirib.
Islam.az Deyerler.org-a istinadən xəbər verir ki, Vaşinqton Post qəzetində məqalə yazan Qarqaş, belə qeyd edib: “Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyadan çıxmamışıq, qoşunlarımızı yenidən yerləşdirəcəyik”.
O, həmçinin BƏƏ-nin Yəməndəki yerli qüvvələrə də dəstək və yardımlarını davam etdirəcəyini bildirib.
Abu Dabi rəhbərliyi bu ayın əvvəlində verdiyi bəyanatında, qüvvələrinin yenidən yerləşdirilmələri planı çərçivəsində Yəmənin bəzi bölgələrindəki qüvvələrini azaldacağını bildirmişdi.