Əfqanıstanın şərqində fuqas partlaması nəticəsində azı 7 nəfər ölüb, 4 nəfər yaralanıb.
Nəngərhar əyalətinin qubernatorunun nümayəndəsinin bildirdiyinə görə, yol kənarında quraşdırılmış zirehdələn mərmi partlayıb. Ölənlərin altısı qadın və biri isə uşaqdır.
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.