Fransa prezidenti Nikolya Sarkozi Ermənistana rəsmi səfəri çərçivəsində Türkiyəni qondarma ''erməni soyqırımı''nı tanımağa çağırıb. O bəyan edib ki, Fransada yaxın zamanlarda ''erməni soyqırımı''nı təkzib etməyə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul edilə bilər.

Nikolya Sarkozi, həmçinin, ölkəsində holokostu təkzib etməyə cinayət məsuliyyəti nəzərdə tutan normativ aktın mövcud olduğunu vurğulayıb.
Rəsmi Paris Türkiyənin Avropa İttifaqına daxil olmasının əleyhinə çıxış edir. Buna səbəb kimi isə, rəsmi Ankaranın 1915-ci ildə baş vermiş qondarma ''erməni soyqırımı''nı tanımaması göstərilir. Türkiyə tərəfinin fikrincə, Osmanlı imperiyasının dağılması ilə xarakterizə olunan həmin dövrdə baş vermiş faciəli hadisələr zamanı çoxlu sayda erməni və türk vətəndaşlar həlak olub.
Çin və ABŞ kimi dövlətlər isə ''erməni soyqırımı''nı tanımaqdan imtina edirlər. /SalamNews/