"Əl-Qaidə" lideri Usamə bin Ladinin DNT nümunəsini peyvənd bəhanəsiylə alaraq, bu məlumatları Amerika Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA) ötürən pakistanlı həkim vətənə xəyanətdə ittiham olunur
Onun günahı sübut olunarsa, edam olunacaq.
Xəbər verdiyimiz kimi, ötən ilin may ayında ABŞ kəşfiyyat idarəsinə bağlı xüsusi qüvvələr tərəfindən Pakistanın Abbottabad şəhərində Pakistan Daxili Kəşfiyyat İdarəsinin (İSİ) xəbəri olmadan "Əl-Qaidə" lideri Usamə bin Laden öldürülmüşdü. Onun yerinin müəyyən edilməsində "CİA"ya yardım etməkdə günahlandırılan Afridi adlı həkim ölümlə üz-üzədir. Belə ki, Afridi peyvənd bəhanəsi ilə "Əl-Qaidə" lideri və onun qonşuluğunda yaşayan şəxslərdən DNT nümunələri götürərək, "CİA"ya ötürüb. Bu hadisə ortalığa çıxdıqdan sonra Afridi həbs edilmişdi. Verilən məlumata görə, artıq istintaq yekunlaşıb və pakistanlı rəsmilər ona ölüm hökmünün verilməsini tələb edirlər. O, vətənə xəyanətdə ittiham olunur.