Dekabrın 3-də Azərbaycandan Həcc ziyarətinə yola düşən zəvvarların ilk qrupu bu gün Səudiyyə Ərəbistanına çatıb. Bu barədə həmin qruplardan birinin rəhbəri Qəni Axundov məlumat verib.
Onun sözlərinə görə, zəvvarların səhhəti normaldır və onlar ibadətlərinə davam edirlər.
Q. Axundov bildirib ki, dekabrın 5-də Bakıdan avtobusla Həcc ziyarətinə yola düşən ikinci qrup isə artıq Suriya ərazisində müqəddəs yerləri ziyarət edir.
Xatırladaq ki, bu il dekabrın 3-də və 5-də azərbaycanlı zəvvarların bir qrupu avtobusla Həcc ziyarətinə yola düşüblər. Zəvvarların digər qismi isə bu gündən başlayaraq, dekabrın 12-dək gündə iki dəfə olmaqla təyyarə reysləri ilə Səudiyyə Ərəbistanına gedəcəklər.