Azərbaycanda yas mərasimlərinin qəbiristanlıqların yanında keçirilməsi nəzərdə tutulur.
Bunu “Xəzər xəbər”ə açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.
S.Novruzov onu da deyib ki, müvafiq qanun layihəsinə əsasən, aztəminatlı ailələr üçün yas mərasimlərini bələdiyyələr təşkil edəcək.
Nazirlər Kabinetinin qərarına əsasən, hazırda yeni qəbiristanlıq ərazilərinin seçilməsi üçün işlər aparılır.