Küveyt də İxvanəl-Müslimin hərəkatı üzvlərinin təqib edildiyi ölkəyə çevrilib.
Islam.az SalamNews-a istinadla xəbər verir ki, Küveyt İxvanəl-Müslimin hərəkatının bir neçə üzvünü həbs edərək, Misirə ekstradisiya etmək istəyir.
Küveyt Daxili İşlər Nazirliyi bildirib ki, tutulan qrup Misirdə axtarışda olanlar və bu ölkədə terror addımlarında şübhəli bilinənlər və habelə Küveyt ərazisində təhlükəsizliyə xələl gətirən şəxslərdir.
Küveyt mətbuatı bildirib ki, iki ölkə arasında cinayətkarların ekstradisiyası ilə bağlı anlaşmaya əsasən tutulan İxvanəl-Müslimin hərəkatı üzvlərinin Misirə göndərilməsi gözlənilir.
Qeyd edək ki, Misirdən sonra BƏƏ və Səudiyyə Ərəbistanı da İxvanəl-Müslimin hərəkatı üzvlərinin terrorda ittiham edərək, təqib etməyə başlayıb.