Livandan verilən xəbərə görə, Suriya ordusu Livan sərhədini keçərək Bekaa əyalətində dinc əhalini atəşə tutub.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, ilkin məlumatlara əsasən bir nəfər həlak olub, bir neçə bina dağıdılıb.
Bildirilir ki, qətlə yetirilən şəxs Bekaada yaşayan Suriya vətəndaşı olub.