Türkiyə, Şimali İraqda yeni terrorla mübarizə əməliyyatının başladığını elan edib. Islam.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi açıqlama verib.
"İraqın şimalında, 12 iyul saat 22.00-da artilleriya və Hava Qüvvələrinin dəstəyi ilə xüsusi təyinatlı qüvvələr "Pəncə-2" əməliyyatına başlayıb", məlumatda deyilir.
Qeyd edək ki, Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi "Pəncə" əməliyyatının birinci mərhələsi mayın 28-ə keçən gecə başlayıb.