Rusiyadan satın alınan S-400 raket sisteminin ilk komponentlərini Türkiyəyə gətirilib. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat verir.
"Komponentlər Ankara əyalətindəki Mürtəd hava bazasına yerləşdirilir", açıqlamada deyilir.
Islam.az SalamNews-a istinadla xəbər verir ki, S-400 hava müdafiə sistemlərinin alınması Türkiyə ilə ABŞ arasında beynəlxalq qalmaqala səbəb olub.