Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın anası Tənzilə Ərdoğan vəfat edib.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, 83 yaşlı Tənzilə Ərdoğan öd kisəsindən əməliyyat olunmuşdu və sentyabrın 30-dan bəri xəstəxanada idi.
Anasının vəfat xəbərini öyrənən baş nazir xəstəxanaya gedib.
T. Ərdoğan sabah dəfn ediləcək.