Oxucu sual verir: Keçmişdə zina etmiş bir oğlan əxlaqlı və bakirə qızla evlənə bilərmi?
Zina dinimizdə böyük və ağır günahlardan sayılır. Bu günaha bulaşmış şəxs mütləq tövbə etməli, Allahın qarşısında üzrxahlıq edib ağlayıb-sızlamalı, bir dah bu çirkin işi görməyəcəyinə söz verməlidir. Tövbə etmiş şəxs normal şəkildə ailə qura və əxlaqlı bir qızla evlənə bilər. Bu zaman öz keçmiş günahı haqqında danışması və etiraf etməsi də lazım deyil. Bəziləri Quranın “Nur” surəsinin 2-ci ayəsini yanlış anlayaraq, elə düşünürlər ki, zina etmiş şəxs mütləq zinakar birisi ilə ailə qurmalıdır, pak və əxlaqlı adamla evlənə biməz. Halbuki, Quranda zina edib, sonra tövbə etmiş və pis yoldan uzaqlaşmış adamlar yox, zinanı davam etdirən, tövbə etməyən, cəmiyyət içində bu cür tanınan və bundan utanmayan şəxslər nəzərdə tutulur. Belə kişilərə əxlaqlı qadınların ərə getməsi, yaxud bu cür qadınlarla namuslu kişilərin evlənməsi qadağandır və haramdır.