ABŞ hökuməti büdcə müzakirələri zamanı digər ölkələrə edilən yardımların azaldılması barədə qərar verib. Ancaq ABŞ hökuməti yenə İsrail rejiminə qıya bilməyib. Bu ölkəyə edilən yardımlar azaldılmayacaq.
Türkiyənin "Sabah" qəzetinin verdiyi xəbərə görə, ABŞ hökuməti İsrail rejimi istisna olmaqla, digər ölkələrə edilən maliyyə, qida, dərman və digər yardımları azaldacaq. İsrail rejiminə isə nəzərdə tutulan 3 milyard dollarlıq yardımın 1 qəpiyinə belə toxunulmayacaq.