Azərbaycandan Həcc ziyarətinə getmək üçün müraciət edən zəvvarların sayı 1250 nəfərə çatıb.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Qeyd edilib ki, hazırda sənəd qəbulu davam edir.
Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota ayrılıb.