Yəmən Ordusu və "Xalq Komitələri"nin pilotsuz təyyarələri Səudiyyə Ərəbistanın hücumlarına cavab olaraq bu ölkənin Cazan və Əbha şəhərlərindəki hava limanlarını hədəfə alıb.
Mənbə, Yəmənə hava zərbələri endirən hərbi təyyarələrin qalxdığı hava limanlarının vurulduğunu və burada partlayışların baş verdiyini bildirib.
Əl-Ərəbiyyə telekanalının məlumatına görə Səudiyyə Ərəbistanı hərbi koalisiyasının mətbuat katibi polkovnik Türki əl-Maliki ötən gün hücuma keçən pilotsuz təyyarələrin havadan müdafiə vasitələri ilə vurulduğunu və qarşısının alındığını bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və onun başçılıq etdiyi hərbi koalisiya 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı altında bu ölkədə hərbi müdaxiləyə başlayıb.