Əfqanıstanda və İraqda ABŞ ordusunun tərkibində "xidmət" göstərmiş əsgərlər arasında aparılmış sorğunun nəticələri açıqlanıb. "BBC"-nin verdiyi xəbərə görə, sorğuda iştirak edən əsgərlərin üçdəbiri İraq və Əfqanıstanda keçirilən əməliyyatları əhəmiyyətsiz adlandırıblar.
Mərkəzi Vaşinqtonda olan "Pew" Araşdırma Mərkəzinin apardığı sorğuda iştirak edən keçmiş əsgərlərin 60 faizi ölkələrinin daha çox daxili siyasətlə məşğul olmasını istədiklərini ifadə ediblər.
Qeyd edək ki, işğalçı ABŞ ordusu İraqda 2003-cü ildən bu yana 4500 əsgərini itirib. Bundan başqa, Əfqanıstanda keçirilən əməliyyatlarda da ABŞ ordusu 1700 əsgərini itirib.