Oxucu sual verir: İslam dinini çıldaq ayininə münasibəti necədir?
Xalq içində geniş yayılmış adətə görə, qorxmuş adamı çıldağa aparırlar. Əksər hallarda çıldaqda dərinin bəzi yerlərinə közərmiş çubuqla toxunmaq yolundan, bəzi hallarda isə digər diksindirmək üsullarından (məsələn, insanın arxasında qəflətən yerə şüşə qab, butılka atıb sındırmaq) istifadə edirlər. Bu hərəkətlərin din ilə birbaşa əlaqəsi yoxdur. Çıldaq ayinini İslam dini ilə əlaqələndirmək yanlışdır. Amma dinimiz bu cür müalicə üsulunu rədd etmir. Necə ki, bədəndən qan almaq (hicamət) kimi müalicə üsullarının da dinlə əlaqəsi yoxdur və sırf tibbi prosedurdur. Məlum olduğu kimi, psixoloji müalicə metodları içində diksindirmək (yüngül şok yaratmaq) tibb elmində də effektiv sayılır. Bəzi hallarda həqiqətən, çıldaq qorxunu aradan götürür. Hər bir halda, çıldaqla yanaşı, peşəkar həkimə də müraciət etməyi məsləhət görürük.