BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə Təşkilatı YUNESKO Fələstin dövlətini tamhüquqlu üzv kimi qəbul edib.

''New York Times''in verdiyi xəbərə görə, dünən ABŞ dövlət katibi Hillari Klinton təşkilatı öz qərarını götür-qoy etməyə çağırıb. Bildirək ki, YUNESKO ABŞ, Almaniya və bir sıra digər Avropa ölkələrinin etirazlarına baxmayaraq, bu addımı atıb.
Tamhüquqlu üzvlük Fələstinə milli abidələrinin Dünya Mədəni İrs sıyahısına salınması üçün təqdimat irəli sürməsi hüququ verir. Bu siyahıya İsrailin də iddia etdiyi abidələr daxil ola bilər.
Xatırladaq ki, YUNESKO şurası daha öncə Fələstinin müstəqilliyi məsələsinin Baş Assambleyada müzakirəyə çıxarılamsına səs verib.
Rəsmi Vaşinqton isə təşkilatı maliyyələşməni dayandırmaqla hədələyib.
Bildirək ki, YUNESKO-nun büdcəsinin 22 faizi ABŞ tərəfindən ödənilir.