Sidneydə terror hücumları planlamaqda şübhəli bilinən İŞİD terror təşkilatının tərəfdarları olduğu iddia edilən şəxslər saxlanılıb.
Bu barədə "Associated Press" xəbər verir.
İlkin məlumatlara görə, polis Livandan ölkəyə dönən şübhəlilərdən birini bir il ərzində təqib edib. Araşdırmanın nəticələrinə görə 20 yaşlı gənc, polis mərkəzləri, məhkəmə binaları, kilsələrə hücum planlaşdırırmış.
Terror aktı planlaşdırmaq şübhəsiylə daha iki nəfər saxlanılıb.