İran qoşunları BMT sülhməramlı kontingentinin tərkibində dünyanın istənilən nöqtəsinə göndərilə bilər.
SalamNews-un ''MehrNews''a istinadən verdiyi xəbərə görə, bu barədə İran quru qoşunlarının komandanı briqada generalı Əhməd Reza Purdastan bəyan edib.
Onun sözlərinə görə, İran ordusunun xüsusi dəstələri sülhəramlı əməliyyatlar və partizan müharibəsi aparmaq üzrə təlimlər keçib: ''Bu dəstələrin hərbi qulluqçuları ingilis və ərəb dillərində danışmağı bacarırlar''.