Türkiyədə Fətullahçı Terror Təşkilatı ilə bağlı cinayət işi çərçivəsində 40 nəfərin saxlanılmasına sanksiya verilib.
İslam.az-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, Türkiyə hüquq mühafizə orqanları barələrində sanksiya çıxarılan şəxslərin tutulması üçün İstanbul da daxil olmaqla 15 vilayətdə genişmiqyaslı əməliyyata başlayıb.
Şübhəlilər arasında hazırda orduda xidmət edən hərbçilər də daxil olmaqla 1 polkovnik, 1 baş leytenant, 3 kapitan, 6 leytenant, 1 baş leytenant, 22 zabit, 3 mütəxəssis və 3 hərbi akademiyada oxuyan tələbə var.