İran ziyarətçiləri Bağdada terrorçular tərəfindən hücuma məruz qalıblar, nəticədə 3 nəfər xəsarət alıb.
SalamNews FarsNews-a istinadən xəbər verir ki, terrorçular ziyarətçiləri daşıyan avtobusda uzaqdan idarə olunan bombanı partladıblar. İraqın polis əməkdaşları yaralı iranlıları yaxınlığdakı xəstəxanaya çatdırıblar.
Xatırladaq ki, hər il İraqa qonşu İrandan İmam Əlinin (ə.s) və İmam Hüseynin (ə.s) ziyarətgahına 1500-ə yaxın insan gəlir.