Qüdsün şimalındakı İssaviya şəhərinin ətrafında fələstinli nümayişçilərlə İsrail hərbçiləri arasında toqquşma olub.
Toqquşma zamanı İsrail hərbçiləri odlu silahdan istifadə edib və nəticədə ürəyindən güllə yarası alan 20 yaşlı fələstinli Samir Obeyd həyatını itirib. Daha bir neçə nəfərin də xəsarət aldığı deyilir.
Məlumata görə, israilli hərbçilər şəhərətrafı yolları bağlayıb və nümayişçilər arasında həbslərə başlayıb.