Rusiya Səudiyyə Ərəbistanına silah və hərbi texnika tədarük edib.
Islam.az SalamNews-a istinadən xəbər verir ki, bu barədə Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmət məlumat yayıb.
"Səudiyyə Ərəbistanı Krallığı ilə bütün layihələr əvvəllər əldə edilmiş razılığa əsasən həyata keçirilir. Bu il ilk silah və hərbi texnikanın tədarükü başlayıb", bunu "Ordu-2019" forumunda Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin rəsmi nümayəndəsi Maria Vorobyeva bildirib.
"Öz növbəsində, hərbi məhsulların lisenziyalı istehsalı məsələsi daha mürəkkəbdir, lakin bu istiqamətdə işlər davam etdirilir", - o əlavə edib.