Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə Azərbaycan İslam Partiyası (AİP) üzvlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.

SalamNews xəbər verir ki, məhkəmə prosesi qapalı şəraitdə keçirilir, yalnız AİP-in yaxın qohumlarına icazə verib ki, prosesi izləsin.
Məhkəmənin qarşısında izdiham və qarşıdurma yaranlb. Çoxlu sayda polis və poliş maşınlar var. Məhkəmənin qarşısa gələn inanclı insanları orda dayanmağa buraxılmır. Məlumata görə bir neçə inanclı şəxslər polis tərəfindən saxlanılıb.
Xatırladaq ki, Mövsüm Səmədov bu il yanvarın 7–də saxlanılaraq barəsində 13 sutkalıq inzibati həbs seçilib. Nəsimi rayon məhkəməsi tərəfindən yanvarın 20-də M.Səmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçılıb və Azərbacan Respublikası Baş Prokuroluğunun ağır cinayətlərə dair işlər idarəsində istintaqa başlanılıb. AİP sədri hakimiyyəti zorla ələ keçirmə cəhdində və ya onu zorla saxlama, qanunsuz olaraq odlu silahdan və ya silah qismində istifadə olunan vasitələrdən istifadə etməklə cinayətə hazırlıqda ittiham olunur.