İran prezidenti Mahmud Əhmədinejad Türkiyəni NATO-nun radar sistemlərinin öz ölkəsində quraşdırmasına razılıq verdiyinə görə sərt tənqid edib

"BBC"-nin verdiyi xəbərə görə, Əhmədinejad İran televiziyasına verdiyi açıqlamasında radarların İsrail rejimini qorumaq məqsədi gündüyünü bildirib. "Türkiyənin etdikləri doğru deyil. Bu sistem onların dövlət mənafeyinə uyğun gəlmir. Türkiyənin NATO-nun üzvü olduğunun fərqindəyik, amma bilməlidirlər ki, NATO onların dostu deyil", - deyə Əhmədinejad bildirib. Əhmədinejad deyib ki, bu radar sistemlərinin Türkiyədə quraşdırılmasının məqsədi bir gün İsrail rejimi bizə qarşı müharibə edərsə, raketlərimizin işğal altında olan torpaqlara çatmasının qarşısını almaqdır.