Əgər NATO ordusunu Suriyaya daxil etsə, Dəməşq Təl-Əvivə kütləvi raket hücumu edəcək. Bu barədə Suriya prezidenti Bəşər Əsəd bəyan edib.
SalamNews İTAR TASS-a istinadla xəbər verir ki, “əgər Suriyaya qarşı “dəli” tədbirlər görülsə, mənə 6 saat yetərlidir ki, yüzlərlə raketi Təl-Əvivə və Qolan yüksəkliyinə göndərim” – bunu Əsəd çərşənbə axşamı Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu ilə görüşdə bəyan edib.
Qərb ölkələrinin Suriya ilə bağlı islahat layihəsinə bu gün BMT TŞ-da səsvermə keçirilməlidir. Layihədə Suriya hakimiyyətinin insan hüquqlarının ciddi və sistematik şəkildə pozması pislənilir. Sənədin müəlifləri – Fransa, Almaniya, Portuqaliya və Böyük Britaniya Suriyadan “dərhal zorakılıq hərəkətlərinə son qoyulmasını” tələb edirlər.