Ermənistanın xarici işlər naziri Edvard Nalbandiyan oktyabrın 3-də Ermənistana üçügünlük rəsmi səfərlə gələn Livan parlametnin sədri Nabih Berri ilə görüşüb.
SalamNews Ermənistan mediasına istinadən xəbər verir ki, tərəflər iki ölkə arasında qarşılıqlı hörmət və inam əsasında yaranan dostluq münasibətlərini çox yüksək qiymətləndiriblər.
E.Nalbandyan deyib ki, Ermənistan və Livan arasında geniş müqavilə-hüquq imkanları mövcuddur.
Livanlı spiker bildirib ki, "biz Ermənistan xalqının acısını paylaşırıq, ona görə ki, özümüz də soyqırıma məruz qalmışıq".
Xatırladaq ki, Livan nümayəndə heyəti N.Berrinin başçılığı ilə Ermənistan parlamentinin sədri Ovika Abraamyanın dəvəti ilə İrəvana gəlib.