Norveçdə hazırda qeyri-rəsmi fəaliyyət göstərən Şəriət məhkəmələri leqallaşdırıla bilər. Bu təşəbbüslə Norveç Məhkəmələr İttifaqı rəhbəri Tur Landbah çıxış edib.
SalamNews islam.ru-a istinadən xəbər verir ki, bu təşəbbüsə əhalinin reaksiyası birmənalı olmayıb. Belə ki, norveçlilərin bəziləri Landbahın təklifini dəstəkləyir, digərləri isə qəti qarşı çıxırlar.
Əsas əleyhdarlardan olan ədliyyə naziri Knut Sturberqet iddia edir ki, qanunvericilik din baxımından neytral olmalıdır. Lakin Tur Landbah və bir sıra hüquq mühafizəçisi düçünürlər ki, bir neçə rayonlarda şəriət məhkəmələri de-fakto mövcuddur və çoxu islam qanunları ilə yaşayırlar.
Norveç Məhkəmələr İttifaqı rəhbərinin sözlərinə görə, şəriətin qanunları qərb ictimaiyyətin gözündə vəhşilik kimi təsəvvür olunur. Lakin şəriət hüququnun əsasında müsəlmanların müqqədəs kitabı - Qurani Kərim dayanır.