Egey dənizində Yunanıstanın Midilli adası sahillərində miqrantları daşıyan qayıq batıb. Hadisə nəticəsində azı 6 nəfər ölüb.
Məlumata əsasən, qayıqda təxminən 80 nəfər olub.
Yunanıstan Sahil Mühafizə Xidməti ilə Avropa Sərhəd və Sahil Mühafizə Agentliyinə(Frontex) aid gəmi və helikopterin keçirdiyi xilasetmə əməliyyatı nəticəsində 58 nəfər xilas edilib.