Azərbaycan səfərdə olan İranın mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyninin başçılıq etdiyi nümayəndə heyəti bu gün Gəncə şəhərinə səfər edib
APA-nın Qərb bürosunun verdiyi məlumata görə, İran nümayəndə heyəti ilk olaraq Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüblər. Görüşdə iranlı qonaqlara şəhərin tarixi və mədəniyyəti, şəhərdə aparılana yenidənqurma və abadlıq işləri barədə məlumat verilib. Görüşdən sonra Seyid Məhəmməd Hüseyninin başçılıq etdiyi nümayəndə heyəti Nizami məqbərəsinə dahi Azərbaycan şairinin qəbrini ziyarət edib. Daha sonra qonaqlar Cavad xan türbəsini ziyarət edib və Cümə məscidində olublar. Burada onlara Cavad xan və Cümə məscidi barədə ətraflı məlumat verilib.
Günün ikinci yarısında İran nümayəndə heyəti Gəncə Dövlət Universitetinin akt zalında şəhər ziyalıları ilə görüş keçirəcək.