Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu gün İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyni qəbul edib.

islam.az in prezidentin saytına istinadən xəbər verir ki, İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyn prezident Mahmud Əhmədinejadın salamlarını dövlət başçısına çatdırıb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən humanitar sahədə inkişafından məmnunluq ifadə edilib, ötən il Azərbaycan Respublikası mədəniyyət günlərinin İranda, bu il isə İran İslam Respublikası mədəniyyət günlərinin Azərbaycanda keçirilməsinin əlaqələrimizin daha da genişləndirilməsi işinə töhfə verəcəyi vurğulanıb.
Dövlət başçısı İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.