Səudiyyə Ərəbistanının Müqəddəs Məkanlar İdarəsi ölkənin bu ilki Həcc ziyarəti üçün lazım olan bütün hazırlıqları tamamladığını bildirir
İdarədən verilən açıqlamada deyilir ki, Həcc ziyarətinin həyata keçəcəyi mərhələdə təkcə xarici ölkələrdən 6 min işçi gətirilib. İşçilərin hamısına zəvvarlarla necə davranmaq qaydaları öyrədilib.
5000 yeni Zəm-Zəm çəlləyi Kəbə evi ətrafı ərazilərə yerləşdirilib. Məscidul-Həram ərazilərindən başqa, iş yerləri və otellərdə 2000 kvadrat metrlik xüsusi namaz qılma yerləri də hazırlanıb. deyerler.org