ANSin verdiyi xəbərə görə bu il Həcc ziyarətinə gedəcək hacı namizədlərinin təhlükəsizliyi tam təmin olunub. Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri Hacı Mirəziz Seyidzadə bununla bağlı bütün məsələlərin İraq hökuməti ilə danışıldığını və lazımi sənədlərin imzalandığını deyib

Qeyd edək ki, bu il Azərbaycandan təxminən 2500 nəfərin Məkkəni ziyarət etməsi gözlənilir. Bunun üçün Səudiyyə Ərəbistanına 5 təyyarə və 44 avtobus ayrılıb.
Ötən illərdən fərqli olaraq ziyarətə avtobusla gedəcək zəvvarlar Suriya deyil, İraq ərazisindən keçəcək.