Pakistanın cənub-qərbində yerləşən Kvetta şəhərində cümə namazı zamanı məscidlərdən birində partlayış törədilib.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, partlayış nəticəsində azı 7 nəfər şəhid olub.
Məlumata görə Kvettanın Rəhmaniyyə adlı məscidində törədilən bu partlayış nəticəsində daha 15 nəfər müxtəlif dərəcələrdə yaralanıb.
Polis partlayışın terror aktı olduğunu bildirir.
Bu partlayışın məsuliyyətini hələ heç bir qrup üzərinə götürməyib.