Belçikanın Antverpen şəhərinin hakim dairələri Qurban bayramında (İd əl-Adha) qəssabxana açmağa hazırlaşır. Bu addım son illərdə sanki adət-ənənəyə çevrilib.
SalamNews İslam News-a istinadla xəbər verir ki, bu il, müsəlmanlara qurbanlıq heyvanı keyləşdirmək təklif olunacaq. Bunu yerli hakimiyyət ötən il təklif etmək istəsə də, buna inzibati qaydada mane törədilib.
Şəhər Şurası müsəlmanları qurban kəsmək əvəzinə, lazım olan vəsaitin xeyriyyə təşkilatına köçürməyə çağırıb.