Fələstin Milli Muxtariyyətinin sədri Mahmud Abbas ABŞ müdafiə naziri Leon Panetta ilə Yaxın Şərq sülh danışıqlarının bərpası prosesini müzakirə edib.
Fələstin lideri görüş zamanı İsraillə danışıqlara başlamağa hazır olduğunu bildirib. Lakin o bəyan edib ki, bunun üçün İsrail işğal olunmuş Fələstin ərazilərində yaşayış məskənləri yaratmaq fəaliyyətinə son qoymalı və Fələstinin 1967-ci il sərhədlərində mövcudluğunu qəbul etməlidir.