Beynəlxalq terrorçular yalnız dul qadınları və silahlıların həyat yoldaşlarını deyil, həm də uşaqları terror aktlarını törətməkdə istifadə etmək niyyətindədir.
İslam.az SalamNews-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Xİdmətinin (FTX) direktoru Aleksandr Bortnikov açıqlayıb.
"Beynəlxalq terrorçu təşkilatları liderlərinin öz məqsədləri üçün dul qadınları, terroçuların həyat yoldaşları və uşaqlarından istifadə etmək niyyətində olduğunu bilirik", Bortnikov Düşənbə şəhərində keçirilən Təhlükəsizlik orqanlarının rəhbərləri və MDB üzvü olan dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin şura iclasında çıxışı zamanı deyib.